Azedu.az

ADNSU-da böyük elmi tədbir keçiriləcək

Universitetlər

10 İyun 2025, 10:56
ADNSU-da böyük elmi tədbir keçiriləcək

Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı” (XXVIII NASCO) keçiriləcək.

AzEdu.az xəbər verir ki, konfransın məqsədi ölkənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən olan doktorantları və gənc tədqiqatçıları bir araya gətirərək elmi nəticələrin paylaşılması, fikir mübadiləsi və əməkdaşlıq imkanlarının yaradılmasına xidmət edir.

Konfransın seçilmiş materialları Scopus və Web of Science indeksli nüfuzlu elmi jurnallarda dərc olunacaq ki, bu da iştirakçılar üçün mühüm akademik imkanlar açır.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox