Azedu.az

BDU-nun “Media problemləri” jurnalı nəşrə başlayıb

15 May 2025, 12:22
BDU-nun “Media problemləri” jurnalı nəşrə başlayıb

BDU-nun “Media problemləri” jurnalı nəşrə başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə professor Qulu Məhərrəmli “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı məlumat verib.

"Bu, mediada elmi aspektin işıqlandırılması sahəsində ilk addımdır. "Media problemi" jurnalı üzərində 2 ildir iş gedirdi. Jurnalda təkcə Azərbaycan müəlliflərinin deyil, türkiyəli 3 müəllifin də məqalələri çap edilib. Məqalələrin hamısı universitetin saytında yerləşdirilib. Ümid edirik ki, bu jurnal tezliklə bütün media orqanlarında stolüstü jurnal olacaq", - o qeyd edib.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox