ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır.
AzEdu.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
"Biz Harvardı vergi statusundan məhrum etməyi planlaşdırırıq. Onlar buna layiqdirlər!" - o qeyd edib.
Daha əvvəl Harvard Universitetinin ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollar məbləğində maliyyələşdirmənin bloklanması fonunda 1 milyard dollar dəyərində aktivlərinin satışı ilə bağlı aktiv danışıqlar apardığı bildirilmişdi.