Azedu.az

LDU-da informasiya sessiyası keçirilib

Universitetlər

1 May 2025, 15:34
LDU-da informasiya sessiyası keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) Azad Mirzəcanzadə inkişaf proqramının informasiya sessiyası keçirilib. Tədbiri giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov açaraq akademik Azad Mirzəcanzadənin həyat və fəaliyyəti, həmçinin LDU ilə əlaqələri haqqında məlumat verib.


LDU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə Azad Mirzəcanzadə inkişaf proqramının üzvü İradə Zeynalova proqramla bağlı təqdimat edib. Qeyd edək ki, bu inkişaf proqramı müxtəlif istiqamətlər üzrə dəyəri maksimum 5000 AZN olan layihələrin maliyələşdirilməsini həyata keçirir. Bu istiqamətdə ötən il il 6 layihə maliyələşdirilib, bu il daha 20 layihənin maliyələşdirilməsi planlaşdırılıb.Xatırladaq ki, inkişaf proqramına 18-35 yaşlı şəxslər müraciət edə bilər.


Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

OK VİDEO! Rusiya Ukraynada bunu da etdi - Növbəti BİABIRÇILIQ!
Son xəbərlərDaha çox