Azedu.az

Peşəkar mütəxəssislərin yetişməsi üçün Azərbaycan-Çin Universiteti vacibdir

Universitetlər

Müəllimlər və elm adamları

1 May 2025, 11:02
Peşəkar mütəxəssislərin yetişməsi üçün Azərbaycan-Çin Universiteti vacibdir

Ötən günlərdə Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı qeyd edib ki, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı bir fikirdir.

 

Maraqlıdır, Azərbaycan və Çinin birgə universitet yaratması təhsil sistemimizə hansı innovativ tədris modellərini və texnologiyaları gətirə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, Çin getdikcə təhsil sahəsində uğurlarını artırır:

 

“Eyni zamanda Çində təhsil almaq istəyənlərin də sayı artmaqdadır. Bu gün Azərbaycanda çox sayda gənc Çində təhsil alır və təhsilini davam etdirməyə çalışır. Hesab edirəm ki, Azərbaycan-Çin Universitetinin yaradılması təhsilimizə mühüm töhfə verə bilər.

 

Bu, təhsilin keyfiyyətinin yüksəlməsinə də səbəb ola bilər. Çin bu gün texnologiya və innovasiya sahəsində öncül mövqedədir. Bu sahələrdə tətbiq edilən metod və yeniliklərin ölkəmizdə də həyata keçirilməsi universitetlərimizə müsbət təsir göstərə bilər.

 

Həmçinin peşəkar mütəxəssislərin yetişdirilməsinə də təkan verə bilər. Bu, olduqca vacib məsələdir. Gələcəkdə dünyanın əsas güc mərkəzlərindən biri Çin olacaq. Bu da bizə imkan verəcək ki, həmin sahələr üzrə mütəxəssislərin sayını daha da artıraq.

 

Eyni zamanda düşünürəm ki, xüsusilə mühəndislik və innovasiya sahəsində bu istiqamətdə işlər görməliyik”, - deyə deputat fikrini tamamlayıb.

Ukrayna açıqladı-Mayın 9-da Qırmızı meydana hücum
Son xəbərlərDaha çox