ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən bir neçə milyard dollarlıq maliyyələşmənin dondurulması fonunda Harvard Universiteti 1 milyard dollar dəyərində aktivlərinin satışına dair fəal danışıqlar aparır.
AzEdu.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət universitetin xüsusi investisiya fonduna məxsus səhmlər portfelindən gedir.