Azedu.az

Türkiyənin müəllim və şagird heyəti BMU-da olub

Universitetlər

9 Aprel 2025, 17:41
Türkiyənin müəllim və şagird heyəti BMU-da olub

İstanbul Özel Yesevi Havacılık Okulu və Antalya Altın Kanatlar Havacılık Lisesinin 50 nəfərdən ibarət müəllim və şagird heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

AzEdu.az xəbər verir ki, Azərbaycanın “AZGİS” və Türkiyənin “Maiden Flight Tech Havacılık” şirkətləri arasında əməkdaşlıq çərçivəsində gerçəkləşən ziyarət zamanı türkiyəli qonaqlar ali məktəbin müasir laboratoriyaları və Texnoparkını gəziblər. Nümayəndə heyəti burada yaradılmış şərait, həmçinin tələbələrin innovativ layihələri ilə yaxından maraqlanıb, onların hazırladıqları startaplara baxıblar.   

Sonra rektor Yaqub Piriyev nümayəndə heyətinin rəhbər şəxsləri ilə görüşüb. Görüşdə  Türkiyə-Azərbaycan dostluğundan geniş bəhs edilib, iki qardaş ölkə arasında təhsil sahəsində genişlənən əməkdaşlığın əhəmiyyətinə toxunulub. Yaqub Piriyev, eyni zamanda gənc ali təhsil ocağı olan BMU haqqında və həyata keçirilən yeniliklərlə bağlı qonaqlara geniş məlumat verib, o cümlədən universitet tələbələrinin beynəlxalq yarışlardakı, xüsusilə “TEXNOFEST”dəki uğurlarını diqqətə çatdırıb.    

Görüşdə “Maiden Flight Tech Havacılık” şirkətinin rəhbəri Vedat Güneş, İstanbul Özel Yesevi Havacılık Okulunun İdarə Heyətinin sədri Ali Kodalak, Antalya Altın Kanatlar Havacılık Lisesinin qurucusu Süleyman Güven və başqaları çıxış edərək BMU ilə tanışlığın, universitetdə tələbələr üçün yaradılan şəraitin onlarda böyük məmnunluq doğurduğunu bildiriblər.    

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edən görüşdə, həmçinin Türkiyə məktəblilərinin gələcəkdə BMU-da ali təhsil imkanları da nəzərdən keçirilib.

Rusiyadan Ermənistana sərt xəbərdarlıq: Ciddi məşğul olacağıq!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox