Azedu.az

NDU-da İnnovasiyalar Mərkəzinin və Texnologiyalar Parkının istifadəyə verilməsi gözlənilir

Universitetlər

18 Mart 2025, 11:33
NDU-da İnnovasiyalar Mərkəzinin və Texnologiyalar Parkının istifadəyə verilməsi gözlənilir

“2025-ci il ərzində Texnologiyalar Parkının, Açıq İdman Kompleksinin, SABAH qrupları üçün SABAH Mərkəzinin, NDU Nəşriyyatın, həmçinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə NDU-nun birgə layihəsi olan İnnovasiyalar Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev 2024-cü ilin yekunlarına və 2025-ci il üzrə prioritetlərə həsr olunan brifinqdə deyib.

 

Rektor Elbrus İsayev bildirib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” dair məsələlərdə Naxçıvan Dövlət Universitetinin nəzdində ikinci kampusun Tibb kampusu üçün yeni torpaq sahəsi ayrılıb. Əczaçılıq ixtisasının tədris korpusunun inşası (tədqiqat laboratoriyaları ilə birliktə), Tibb fakkültəsi üçün binanın, Tibb fakültəsi üçün 500 nəfərlik konfrans zalının, Tibb kolleci üçün binanın, Sosial xidmət mərkəzinin, açıq və qapalı idman zalının, 200 çarpayılıq tibbi tədqiqat Klinikasının, 1000 nəfərlik yeni tələbə yataqxanası və 100 nəfərlik qonaq evinin inşası bu ilin gözlənilən yenilikləridir. Rektor həmçinin İngilis dili tibb ixtisasının beynəlxalq akreditasiyasının təşkili də yeniliklər sırasında olduğunu qeyd edib.


Eyni zamanda Kembric Məktəbinin ikinci tədris korpusnun inşasına başlanılması planlaşdırıldığını qeyd edib. Elbrus İsayev Beynəlxalq əməkdaşlıqda da yeni layihələrin reallaşacağını bildirib.

 

Vurğulayıb ki, NDU EMSA üzvü olan 11 Tibb fakültəsi tələbəsi Tvinninq mübadilə proqramı vasitəsilə Rumıniyanın Buxarest şəhərində Karol Davila Universitetində 10 günlük mübadilədə iştirak edəcəklər. Hətta növbəti tədris ilində mobilliyi təmin etmək məqsədilə əməkdaşlıq etdiyimiz universitetlərlə danışıqlar başlanıb. Aprel ayında 2025-2026-cı tədris ilinin payız semestrində mobillik üçün razılıq əldə edilmiş universitetlərin siyahısı elan ediləcək. Tələbə mübadiləsində gözlənilən yeniliklərdən bəhs edən rektor NDU-nun TÜRKÜNİB-ə üzv olmaq üçün müraciəti edildiyini bildirib, NDU bu təşkilata üzv olmaqla ali təhsil müəssisələri arasında tələbə mübadiləsini təşviq edən ORHUN mübadilə proqramına qoşulacaq və beynəlxalq tələbə mübadiləsi sahəsində mühüm irəliləyiş əldə olunacağını söyləyib. Vurğulayıb ki, növbəti aylarda, aprel və may aylarında İstanbul və Daşkənd şəhərlərində keçiriləcək təhsil sərgilərində iştirak nəzərdə tutulub.


Dövlət proqramı çərçivəsində reallaşan NDU nəzdində İngilis dili təmayüllü Gimnaziya və NDU Kembric Məktəbi muxtar respublikanın təhsil sahəsində çox mühüm hadisə adlandıran rektor Elbrus İsayev NDU Kembric Məktəbi xətti ilə təşkil olunan Avropa və İngiltərədə təşkil olunan yay məktəblərinə muxtar respublikamızın istənilən orta məktəbində təhsil alan şagirdlər müraciət edə biləcəyini diqqətə çatdırıb. Beynəlxalq olimpiadalara hazırlıq və iştirak məqsədilə Kembric Məktəbində və Gimnaziyada yeni layihələr nəzərdə tutulduğunu söyləyib.

 

Ali təhsil ocağının rəqəmsallaşdırma ilə bağlı gələcək planlarından bəhs edən rektor rəqəmsal tədris materiallarının daha da zənginləşdirilməsi, rəqəmsal laboratoriyaların yaradılması, süni intellekt və maşın öyrənməsi kimi texnologiyaların təhsildə istifadəsinin artırılması, həmçinin tələbələrin onlayn kurslara və beynəlxalq təhsil resurslarına daha geniş çıxış imkanları təmin edilməsinin planlaşdırıldığını vurğulayıb. Rektor Elbrus İsayev 2024-2025-ci tədris ilinin məzun sayının 2 342 nəfər, qəbul sayının isə 3 099 nəfər proqnozlaşdırıldığını bildirib. Vurğulayıb ki, illər üzrə təhlillər göstərir ki, tələbə kontingenti 2020-2021-ci tədris ilində 6 008 nəfə idisə, hal-hazırda bu rəqəm 11 163 nəfər təşkil edir, yəni son 3 ildə 2 dəfə artıb.

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox