Azedu.az

BMU tələbəsi “Azərbaycan Respublikasının idman ustası” dərəcəsinə layiq görülüb

Universitetlər

5 Mart 2025, 17:18
BMU tələbəsi “Azərbaycan Respublikasının idman ustası” dərəcəsinə layiq görülüb

Bakı Mühəndislik Universitetinin (BMU) IV kurs tələbəsi, Azərbaycan milli yığma komandasının üzvü Şahin Əsədov “Azərbaycan Respublikasının idman ustası” dərəcəsinə layiq görülüb.

Universitetdən AzEdu.az-a bildirilib ki, gənclər və idman naziri Fərid Qayıbov “İdman həftəsi” çərçivəsində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları, həmçinin onların məşqçiləri ilə keçirilən görüşdə müvafiq vəsiqə və döş nişanını BMU tələbəsinə təqdim edib.

Dərəcəyə layiq görülən Şahin Əsədov 5 yaşından cüdo-sambo idman növü ilə məşğul olur və indiyə qədər bir çox nailiyyətlərə imza atıb. 2018-2019-cu illərdə cüdo üzrə ölkə birinciliyində iki dəfə bürünc medal, 2022-ci ildə isə respublika üzrə çempionatda gümüş medal əldə edib. 2021-ci və 2023-cü illərdə respublika çempionu olan Ş.Əsədov 2023-cü ildə Bakıda keçirilən Raquf Orucov adına Beynəlxalq Cüdo Turnirində bürünc medala, habelə Gürcüstanın Tbilisi şəhərində sambo güləşi üzrə kişilər arasında dünya və Avropa çempionu Arçil Çoxeliyə həsr edilmiş beynəlxalq turnirdə erməni rəqibinə tam üstünlüklə (9-0) qalib gələrək bürünc medala sahib olub. Bakı İdman Sarayında qadınlar və kişilər arasında cüdo üzrə keçirilən ölkə çempionatının fərdi yarışlarında isə II yeri tutaraq gümüş medala layiq görülən Ş.Əsədov ötən il Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş sambo güləşi üzrə dünya birinciliyinə lisenziya xarakterli ölkə kubokunu (I yer) qazanıb.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox