Azedu.az

Bu universitetin əməkdaşlarının əmək haqqı 15% ARTIB

Universitetlər

30 Yanvar 2025, 12:14
Bu universitetin əməkdaşlarının əmək haqqı 15% ARTIB

Mingəçevir Dövlət Universitetinin Elmi Şurası tərəfindən qəbul olunan yeni qərara əsasən universitetin əməkdaşlarının əmək haqqı orta hesabla 15% artırılıb.

 

AzEdu.az xəbər verir ki, bu qərar universitetin inkişafına daha da töhfə vermək və işçilərin sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyıb.

 

Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektor Üzeyir Zeynalov qərarın universitetin əməkdaşlarının əməyinin layiqincə qiymətləndirilməsi və onların fəaliyyətinə daha da stimul verilməsi məqsədini daşıdığını vurğulayıb.

 

O, həmçinin, bu addımın universitetin daha da güclənməsinə və yüksək səviyyədə təhsil təmin etməyə yönəlmiş olduğunu qeyd edib.

TƏCİLİ! İran Ermənistana qoşun yeridir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox