7 iyun 2023-cü il tarixində 167 saylı tam orta məktəbdə təsviri sənət istiqamətinə aid 15-ci komissiya üzrə rəsm fənnindən müsbət qiymət almış abituriyentlər rəngkarlıq fənni üzrə qabiliyyət imtahanında iştirak ediblər.
Bu barədə DİM-dən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, imtahan iştirakçıları A2 formatlı kağız üzərində sulu boya ilə məişət əşyalarından ibarət naturadan natürmort çəkiblər.