Azedu.az

Bu dəfə bir səhv bütün düzləri apardı - Qanunda boşluq! 

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

Bakalavr və sınaq imtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

Təhsil ekspertləri

Tələbə və şagird

Şikayət qutusu

Təhsil qanunvericiliyi

23 İyun 2023, 10:36
Bu dəfə bir səhv bütün düzləri apardı - Qanunda boşluq! 

Bir universitet var (adı anonim saxlanılır), tələbələrin imtahan haqqlarını pozur. Belə ki, universitet bir tələbəni imtahanda köçürmə üstündə tutduğuna görə nəticəsini ləğv edib və üstəlik digər imtahanlara da buraxmır.

 

AzEdu.az xəbər verir ki, bu barədə təhsil eksperti Vüsal Kərimli feysbuk səhifəsində paylaşım edib.

 

Məsələ ilə bağlı V.Kərimli AzEdu.az-a açıqlamasında bildirib ki, bir çox universitet "Təhsil haqqında" qanunda olan boşluqdan istifadə edir: 

 

Açıklama yok.

"Bəzi ali təhsil müəssisələrində tələbələrin hüquqları pozulur. Bəzi universitetlər daxili nizam-intizam qaydalarını əsas gətirərək, imtahandan çıxarılan tələbələri növbəti imtahanlara buraxmır. "Təhsil haqqında" qanunda belə bir boşluğun olması bəzi universitetlərə tələbəni növbəti imtahanlara buraxmamaqla onların kəsrlərinin yaranmasına və sonra əlavə təhsil haqqı ödəməklə həmin dərsləri yenidən götürməsinə qəsdən məcbur edir. Bu kimi hallar hətta universitetin elmi şurasının qərarı olsa belə, qanuna zidd addımdır. Hesab edirəm ki, "Təhsil haqqında" qanunda bu boşluğun aradan qaldırılması üçün dünya təcrübəsindən istifadə etməklə işlər görülməlidir".

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox