Azedu.az

Bakalavriat səviyyəsi üzrə əlavə yerləşdirmə başa çatır  

Universitetlər

Elm və Təhsil Nazirliyi

Dövlət İmtahan Mərkəzi (DİM)

19 Sentyabr 2022, 09:00
Bakalavriat səviyyəsi üzrə əlavə yerləşdirmə başa çatır  

Ali təhsil pilləsinin bakalavriat səviyyəsi üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmə prosesi bu gün saat 23:59-da yekunlaşacaq.

 

AzEdu.az xəbər verir ki, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. 

 

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox