Avqustun 16-dan başlayaraq universitetlərə qəbul olmuş tələbələrin qeydiyyatı başlayıb.
AzEdu.az Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qeydiyyat üçün tələb olunan sənədləri təqdim edir:
-Attestat (əsli və surəti);
-Şəxsiyyət vəsiqəsinin surəti (5 nüsxə);
-6 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
-Tərcümeyi hal (əsli və surəti);
-Sağlamlıq haqqında şəkilli tibbi arayış (əsli və surəti);
-Çağırış vəsiqəsi (əsli və surəti) (oğlanlar);
-ADNSU ilə dövlət sifarişilə təhsil alacaq tələbələr arasında fərdi müqavilə və ödənişli təhsil haqqını(tam ödənməlidir) ödəmək üçün müqavilə (qeydiyyat yerində verilir);
-Abituriyentin kartının şifri və internetdən qəbul haqqında çıxarış;
Qeydiyyat ünvanları:
İxtisasların kodları
Fakültələr
Ünvan
Geoloji-kəşfiyyat - 114128, 114185, 114193, 114217, 114225, 114233, 114241
Əsas tədris binası:
Azadlıq prospekti, 34.
I mərtəbə, otaq №137
Qaz-neft mədən - 114258, 114266, 114274, 114282, 114299, 114728, 114817
2-ci tədris binası:
Dilarə Əliyeva küçəsi, 227.
II mərtəbə, otaq №1207
Kimya-texnologiya - 114574, 114582, 114599, 114688, 114696,114711
Əsas tədris binası:
Azadlıq prospekti, 34.
III mərtəbə, otaq №337
Neft-mexanika - 114177, 114363, 114371, 114411, 114428, 114533, 114614
2-ci tədris binası:
Dilarə Əliyeva küçəsi, 227.
VI mərtəbə, otaq №1601
Energetika - 114314, 114322, 114339, 114347, 114355, 114436, 114444
Əsas tədris binası:
Azadlıq prospekti, 34.
III mərtəbə, otaq №320
İnformasiya texnologiyaları və idarəetmə - 114111, 114136, 114144, 114152, 114169, 114388, 114396, 114452, 114469, 114477, 114485, 114493, 114517, 114558, 114566, 114541, 114622, 114639, 114647, 114655, 114663, 114671, 114736, 114744, 114752,114769, 114777
2-ci tədris binası:
Dilarə Əliyeva küçəsi, 227.
IV mərtəbə, otaq №1438
İqtisadiyyat və menecment - 114785, 114833, 114841, 114858, 114882, 114899, 114793
Əsas tədris binası:
Azadlıq prospekti, 34.
IV mərtəbə, otaq №412
Almaniyanın Zigen Universiteti ilə ADNSU-nun və ABŞ-nın Corciya Dövlət Universiteti ilə ADNSU-nun birgə proqramları - 114525, 114825, 114866, 114874, 114914
Əsas tədris binası:
Azadlıq prospekti, 34.
II mərtəbə, otaq №238 (4)
Qeyd edək ki, tələbələrin qeydiyyatı müvafiq fakültələrin dekanlıqlarında sənədlər yoxlandıqdan sonra, 2018-ci il avqustun 16-dan 28-dək (bazar günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək əsas tədris binasının I mərtəbəsində (otaq №112) aparılacaq.