Beynəlxalq kimya olimpiadası iştirakçısı Dilqəm Əhmədli Almaniyanın Max-Plank Araşdırma institutuna ( Max-Plank Institut für Kohlenfurshung) doktorantura pilləsinə qəbul alıb.
AzEdu.az xəbər verir ki, Dilqəm Əhmədli bakalavr və magistratura təhsilini Bilkent universitetində alıb.
O, kimya fənni üzrə dəfələrlə RFO qalibi olub.
Qeyd edək ki, Dilqəm Sabirabad rayonunun Qaratuğay kəndindəndir.