Azedu.az

Onlara ayda 250 manat təqaüd veriləcək

Tələbələr

Universitetlər

18 Avqust 2025, 11:12
Onlara ayda 250 manat təqaüd veriləcək

Hər il bəzi universitetlər yüksək bal toplayan tələbələr üçün motivasiya xarakterli xüsusi imtiyazlar təqdim edir. Məqsəd tələbələri akademik göstəricilərini yüksəltməyə təşviq etmək və onların təhsil imkanlarını genişləndirməkdir. 

AzEdu.az bu imtiyazları öyrənmək məqsədilə universitetlərin mətbuat xidmətləri ilə əlaqə saxlayıb.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, yüksək bal toplayan abituriyentlər universitetin müxtəlif ixtisaslarını, xüsusilə memarlıq, inşaat mühəndisliyi, dizayn, kommunikasiya mühəndisliyi, nəqliyyat və logistika sahələrini seçirlər. Bu ixtisaslara müraciət edənlərin arasında yüksək nəticə göstərmiş abituriyentlərin xüsusi üstünlük təşkil etdiyi müşahidə olunur.

Bununla yanaşı, universitet ötən ildən etibarən yüksək bal toplayan abituriyentlər üçün əlavə motivasiya təqaüdü tətbiq edir.

Belə ki, 500-dən yuxarı bal toplamış tələbələr 150 manat, 600 və daha yüksək bal toplamış tələbələr isə 250 manat həcmində əlavə təqaüd alırlar.

Bu təşəbbüs ötən tədris ilində olduğu kimi, cari ildə də davam etdiriləcək.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox