Azedu.az

Ali təhsil hansı ölkələrdə pulsuzdur? -  Avropada tələbələrə böyük FÜRSƏT

Tələbələr

Universitetlər

2 Avqust 2025, 12:34
Ali təhsil hansı ölkələrdə pulsuzdur? -  Avropada tələbələrə böyük FÜRSƏT

Ən son araşdırmalara əsasən, dünyanın bir sıra ölkələrində ali təhsil ya tamamilə pulsuz, ya da olduqca aşağı ödənişlidir.

AzEdu.az xəbər verir ki, xüsusilə Avropa dövlətləri bu sahədə geniş imkanlar təqdim edir.

Məsələn, Almaniyada həm yerli, həm də xarici tələbələr dövlət universitetlərində pulsuz təhsil ala bilirlər. Onlar sadəcə olaraq 100-400 avro civarında semestr rüsumu ödəyirlər. Bundan əlavə, tələbə bileti vasitəsilə nəqliyyat və bir sıra sosial xidmətlərdən güzəştli şəkildə istifadə imkanı da əldə olunur.

Norveçdə isə ali təhsil bütün tələbələr – istər yerli, istərsə də xarici üçün tamamilə pulsuzdur. Yalnız tələbə birliyi rüsumu (30-60 avro) ödənilir. Eyni zamanda doktorantura pilləsində təhsil alanlar əmək müqaviləsi ilə işləyərək maaş da ala bilirlər.

Finlandiyaİsveç kimi ölkələrdə Aİ vətəndaşları üçün təhsil ödənişsizdir. Aİ üzvü olmayanlar üçün isə ödənişli proqramlar olsa da, müxtəlif təqaüd imkanları bu xərcləri əhəmiyyətli dərəcədə azalda bilir.

Avstriya, DanimarkaÇexiyada da oxşar vəziyyət müşahidə olunur. Avstriyada Aİ vətəndaşları üçün təhsil faktiki olaraq pulsuz hesab edilir, semestr rüsumu isə cəmi 20 avro civarındadır. Çexiyada isə çex dilində təhsil alanlar ödənişsiz şəkildə universitetə qəbul olunur.

Avropadan kənarda da pulsuz ali təhsil təklif edən ölkələr var. Braziliyada dövlət universitetlərinə qəbul olduqda həm yerli, həm də xarici tələbələr heç bir təhsil haqqı ödəmirlər. Lakin bu təhsil müəssisələrinə qəbul çox ciddi rəqabət əsasında həyata keçirilir.

Bəzi ölkələrdə, o cümlədən Yunanıstanda, Aİ vətəndaşları üçün bakalavr pilləsində təhsil ödənişsiz təqdim olunur. Digər ölkələrdən olan tələbələr üçün isə simvolik ödənişlər tətbiq edilir.

Qeyd edək ki, pulsuz ali təhsil adətən yalnız dövlət universitetlərini əhatə edir. Yaşayış, qida və gündəlik xərclər isə tələbələrin öz vəsaitləri və ya təqaüdlər hesabına qarşılanır. Bu ölkələrin əksəriyyətində beynəlxalq tələbələr üçün geniş təqaüd və sosial yardım proqramları mövcuddur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox