Azedu.az

Ödənişli təhsil alan tələbələr də təqaüd ALACAQLAR

Tələbələr

25 İyul 2025, 11:07
Ödənişli təhsil alan tələbələr də təqaüd ALACAQLAR

Prezident İlham Əliyevin Sərəncamına əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.

AzEdu.az-ın məlumatına görə, sərəncama münasibət bildirən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, təhsilin bütün səviyyələri  və pillələrində tələbələrin təqaüdləri artırılıb.

"Bundan sonra tələbələrimiz daha yaxşı məbləğdə təqaüd alacaqlar", - o qeyd edib.

Nazirin müşaviri bildirib ki, təqaüdlər sonuncu dəfə 2023-cü ildə artırılıb: “Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək".

N.Məmmədli əlavə edib ki, akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox