Azedu.az

Ötən il 21 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Tələbələr

24 İyul 2025, 09:24
Ötən il 21 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Təhsil Tələbə Krediti Fondu 2025–2026-cı tədris ilinin payız semestri üzrə müraciət dövrünü açıq elan edir.


AzEdu.az-ın əldə etdiyi məlumata görə, 2025-2026-tədris ili üzrə ali təhsil pilləsinin magistratura təhsil səviyyəsinə qəbul olunmuş tələbələr, həmçinin ali, orta ixtisas və peşə təhsili müəssisələrində 2-ci və daha yuxarı kurslarında təhsil alan tələbələr təhsil tələbə kreditinə bu gündən e-ttkf.edu.az portalına daxil olaraq təhsil tələbə kreditindən yararlana bilərlər. 


Təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr, əvvəlki semestrlər üzrə akademik borcu olmayan, Azərbaycan Respublikası vətəndaşları üçün nəzərdə tutulub. 


Qeyd edək ki, 2024-2025-ci tədris ilində 21 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox