2025-ci il iyulun 15-dən etibarən Birləşmiş Krallıq bütün xarici vətəndaşlar, o cümlədən beynəlxalq tələbələr üçün fiziki viza sənədlərini ləğv edərək rəqəmsal vizaya (eVisa) keçid edib.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, artıq İngiltərədə təhsil almaq istəyən tələbələr viza təsdiqini yalnız elektron formatda əldə edəcək və ölkəyə girişdən əvvəl eVisa sisteminə daxil olub qeydiyyatdan keçməlidirlər.
Bu dəyişiklik, xüsusilə də yeni akademik il üçün müraciət edən əcnəbi tələbələrin səfər planlamasında və üniversitetlərlə olan sənəd mübadiləsində yenilik tələb edir.
Ekspertlər hesab edirlər ki, bu addım viza prosedurunu sürətləndirsə də, bəzi tələbələr üçün texniki çətinliklər yarada bilər.