2024-cü il üzrə magistraturaya qəbul kampaniyasının yekununda 3514 plan yeri boş qalıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə,bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışında qeyd edilib.
2024-cü il üzrə magistraturaya qəbul imtahanlarının nəticələrinə əsasən, 13484 bakalavr magistraturaya qəbul olunub. Onlardan 1076 nəfəri qeydiyyatdan keçməyib. Qəbul kampaniyasının yekununda 3514 plan yeri boş qalıb.
Avqustun 1-dən 8-dək bu boş qalan yerlərə ixtisaslaşma seçimi aparılıb. Bu mərhələdə 1554 nəfər iştirak edib (onlardan 181 nəfəri birinci seçim mərhələsində iştirak etməmişdi). Onların 610 nəfəri qəbul olub və bu şəxslərdən 443 nəfəri qeydiyyatdan keçib.
Beləliklə, ümumilikdə 15803 nəfər ixtisaslaşma seçimində iştirak edib, onlardan 12851 nəfəri magistraturaya qəbul olunub.