Azedu.az

Polis Akademiyasının rəisi - Haqqında nə bilirik?

Tələbələr

Universitetlər

2 İyul 2025, 15:07
Polis Akademiyasının rəisi - Haqqında nə bilirik?

Ali məktəblərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.

Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?

AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.

Araşdırmamızda bu dəfə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası var.

Bu ali təhsil müəssisəsinə hazırda Canpolad Daanov  rəhbərlik edir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Daanov Canpolad Alı oğlu, 1981-ci ildə Balakən şəhərində anadan olmuşdur. 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin bakalavr pilləsini, 2007-ci ildə isə həmin fakültənin magistratura pilləsini fərqlənmə diplomları ilə bitirmişdir.

DİO-da xidmətə 2004-cü ildə DİN-in Polis Akademiyasının “Cinayət hüququ” kafedrasında müəllim kimi başlamışdır. 2005-ci ilin noyabr ayından 2019-cu ilin avqust ayına kimi DİN-in istintaq orqanlarında müstəntiq, baş müstəntiq, şöbə rəisinin müavini, şöbə rəisi və baş idarə rəisinin müavini, 2019-cu ilin avqust ayından 2020-ci ilin 19 noyabr tarixinədək DİN-in Polis Akademiyasının rəisinin birinci müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2020-ci il tarixli 2298 nömrəli Sərəncamı ilə Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

İctimai asayişin, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında, qanun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 01.07.2010-cu il tarixli  988 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 01.07.2022-ci il tarixli Sərəncamı ilə polis polkovniki Canpolad Alı oğlu Daanova polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir. İki övladı var.

5 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisini icra edir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox