Universitetlərdə tədris ili başa çatıb, buraxılış mərasimlərinə hazırlıq gedir. Minlərlə tələbə ali təhsilini tamamlayaraq yeni bir mərhələyə - peşə həyatına qədəm qoymağa hazırlaşır. Bu il ölkənin müxtəlif ali təhsil müəssisələrində neçə məzunun olacağı isə maraq doğuran əsas suallardandır.
Məzun sayı təkcə statistik rəqəm deyil, həm də əmək bazarına daxil olacaq gənc potensialın göstəricisidir. Eyni zamanda bu rəqəmlər təhsilin miqyasını, ixtisaslara olan marağı və gələcək planlamaları da müəyyənləşdirir.
Mövzu ilə bağlı AzEdu.az universitetlər arasında sorğu keçrib.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) mətbuat xidmətindən bildirilib ki, Bu il Pedaqoji Universitetdən filallar və Pedaqoji Kollec da daxil olmaqla ümumilikdə 4400-dən çox təhsilalanın məzun olması gözlənilir.
“Bunlardam 2623 nəfəri Bakıda (2347 nəfəri bakalavr, 276 nəfəri magistr), 998 nəfəri filallarda, 788 nəfəri isə Pedaqoji Kollecdə təhsil alan tələbələrdir. Onların içərisində 37 nəfər ADPU-CVU magistr ikili diplom proqramı, 26 nəfər SABAH magistratura proqramları, 45 nəfər isə bakalavrait səviyyəsi üzrə SABAH qruplarının məzunlarıdır”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat xidmətindən bildirilib ki, UNEC-dən 3740 nəfəri bakalavr, 2277-si magistr olmaqla, ümumilikdə 6017 tələbənin məzun olacaq.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən verilən məlumata görə, 1515 magistr və 3417 bakalavr-ın məzun olması gözlənilir.
Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, MDU-dan 878 tələbənin məzun olacağı gözlənilir.
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) mətbuat xidmətindən bildirilib ki, gözlənilən məzun sayı 605 nəfərdir. Bakalavr pilləsi üzrə 330 nəfər, magistr səviyyəsi üzrə isə 275 nəfərdir.
Lənkaran Dövlət Universitetindən (LDU) verilən məlumata görə, 2024/2025-ci tədris ili üzrə LDU-da məzun olacaq tələbələrin ümumi sayı-Bakalavriat: 1115 Magistratura: 212 nəfərdir.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuatından verilən məlumata görə, bakalavr üzrə 1671, magistatura üzrə 320 ümumilikdə isə 1991 nəfər tələbənin məzun olması gözlənilir.
Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən bildirilib ki, bakalavriat və magistratura üzrə cəmi 640 tələbə məzun olacaq.
Xəzər Universitetinin mətbuat xidmətindən bildirilib ki, 740 nəfər məzun olacaq.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən verilən məlumata əsasən, BDU-da 6000-dən çox tələbə məzun olub.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 1235 nəfər tələbə məzun olacaq. Onlardan 853 nəfəri Azərbayacan vətəndaşı, 382 nəfəri isə xarici vətəndaşdır.