Azedu.az

Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

Təhsil Nazirliyi

21 May 2025, 10:26
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə 24-25 sentyabr 2025-ci il tarixlərində Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” keçiriləcək. 

AzEdu.az xəbər verir ki, “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusunda təşkil olunacaq sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən artıq spikerin, 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.
 

Sammitdə aşağıda qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılacaq:


•    Qlobal tədqiqatın təsiri: Avrasiya regionunun güclü tərəflərindən faydalanma
•    Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda ali təhsilin rolu
•    Qitələri əlaqələndirmək: əməkdaşlıq və innovasiya imkanları
 

Ətraflı məlumat üçün: 
//www.timeshighered-events.com/eurasia-universities-summit-2025

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox