"Şagirdlərin sinifdə saxlanmasının xüsusi meyarları mövcuddur".
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, orta təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən müvəffəqiyyətsizliyi varsa, o sinifdə saxlanılır:
"Bu, 4 fəndən az olarsa, yay istirahəti ərzində həmin şagirdlərin bilikləri yenidən qiymətləndirilir və sinfə bərpa edilir.
4000 şagirdin sinifdə saxlanması o deməkdir ki, həmin şagirdlər kifayət qədər çox fəndən proqramı mənimsəyə bilməyiblər.
Yaxud üzrsüz səbəblərdən dərslərdə iştirak etməyiblər".