2025/2026-cı tədris ili üçün tam orta (11 illik) təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə ayrılan plan yerləri açıqlanıb.
AzEdu.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi statistikanı dəyərləndirib.
"Azərbaycan bölməsi üzrə dövlət sifarişi üzrə 5202, ödənişli əsaslarla 10 065 yer nəzərdə tutulub. Rus bölməsi üzrə dövlət sifarişi 163, ödənişli əsaslarla 427 yer ayrılıb. Ümumilikdə dövlət sifarişi 5365, ödənişli əsaslarla 10 492 yer təşkil edir. Cəmi plan yeri 15 857-dir.
Qeyd edim ki, 2024/2025-ci tədris ilində bu göstəricilər belə idi: Azərbaycan bölməsi üzrə dövlət sifarişi 4073, ödənişli əsaslarla 7855 yer; Rus bölməsi üzrə dövlət sifarişi 126, ödənişli əsaslarla 316 yer. Hər iki bölmə üzrə ümumilikdə dövlət sifarişi 4199, ödənişli əsaslarla isə 8171 yer ayrılmışdı. Cəmi 12 370 yer planlaşdırılmışdı.
Beləliklə, ötən illə müqayisədə ümumi plan yerinə 3487 yer artırılıb".