Azedu.az

Təhsillə əlaqəsi olmayanlar ixtisas seçimi barədə “məsləhət” verir

Təhsil ekspertləri

Şagirdlər

2 Avqust 2025, 09:32
Təhsillə əlaqəsi olmayanlar ixtisas seçimi barədə “məsləhət” verir

Sosial şəbəkələrdə təhsillə əlaqəsi olmayan şəxslər abituriyentləri yanlış yönləndirir.

Bu sözləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində təhsil eksperti Elçin Murad söyləyib.

İxtisas seçimi ərəfəsində özünü ekspert kimi təqdim edən çox sayda şəxs ortaya çıxır.

"Onların bir qismi heç bir təhsil təcrübəsinə sahib olmasa da, sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında canlı yayımlar vasitəsilə valideyn və abituriyentlərə yönəlik məsləhətlər verirlər".

Elçin Murad bu halları narahatedici hesab edərək qeyd edib: “Demək olar ki, hər gün sosial mediada müxtəlif simalar görürük. Onlar təhsillə əlaqəsi olmayan şəxslərdir, lakin canlı yayımlarda ixtisas seçimindən danışırlar. Dəfələrlə müşahidə etmişəm ki, bu şəxslər valideynlərin və abituriyentlərin suallarına yanlış cavablar verirlər”.

İxtisas seçimi sahəsində dəqiq və əsaslı məsləhət yalnız bu sahədə peşəkar biliyə sahib olan şəxslər tərəfindən verilə bilər

“Bu işdən anlayışı olan heç bir ekspert rəsmi statistika jurnalları çıxmadan, ötən il və cari ilin məlumatlarını müqayisə etmədən ixtisas seçimi ilə bağlı dolğun və doğru məlumat verə bilməz”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox