"Universitetdə çalışan müəllimin illik ən azı 2 məqaləsi Scopus-da olması tələbi olmalıdır".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis, UNEC Biznes Məktəbinin direktor müavini Vüsal Kərimli qeyd edib.
"Əgər müəllim universitetdə çalışırsa və onun akademik fəaliyyəti hazırda Scopus və Web of Science bazalarında dərc olunmuş məqalələrlə qiymətləndirilirsə, bu tələbin qoyulması təbii deyilmi?
Bəs o zaman nəyə görə elmi dərəcə və ad almaq üçün bu bazalarda məqalə dərc etdirmək məcburidir, amma universitetdə çalışan bəzi professor-müəllim heyətindən bu tələb olunmur? Elmi göstəricisi olmayan akademik heyəti hansı meyarla qiymətləndirməliyik? Hazırda real və obyektiv ölçü beynəlxalq indeksli elmi məqalələrdir", -deyə ekspert bildirib.