Azedu.az

Şəki-Zaqatala regionu üzrə 14 şagird inklüziv təhsilə cəlb edilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsi

23 Oktyabr 2024, 10:39
Şəki-Zaqatala regionu üzrə 14 şagird inklüziv təhsilə cəlb edilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 3 ümumi təhsil müəssisəsində (Şəki 7 nömrəli tam orta məktəb, Şəki şəhər 12 nömrəli tam orta məktəb və Qəbələ rayon 3 nömrəli tam orta məktəb) inklüziv siniflər fəaliyyət göstərir. 

AzEdu.az "Azərbaycan müəllimi"-nə istinadən xəbər verir ki, hazırda bu təhsil müəssisələrində 14 sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə cəlb olunub.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına şərait yaradır. Bu layihə həmin uşaqların cəmiyyətə daha asan inteqrasiyasını təmin etmək və onların təhsildə bərabər iştirakını dəstəkləmək məqsədinə xidmət edir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox