Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib və əmək haqqını əlavələrlə alacaq. Müəllimlərin sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsin avqust ayının sonlarından etibarən başlayacaq.
AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Məlumata əsasən, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib.
Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11 min 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.
Qeyd edək ki, Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən başlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.