Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən başlayacaq.
AzEdu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib
N.İsmayılbəyli qeyd edib ki, ilk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq.
"Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulur".