Azedu.az

Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq

Sertifikasiya

30 İyul 2025, 15:48
Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq

Yerli təhsili idarəetmə orqanlarında yaradılmış xüsusi komissiyalar sertifikatlaşdırmada müvafiq keçid balını toplamayanların sosial vəziyyəti və məşğulluq imkanlarını qiymətləndirir.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bildirib.

“Cari ildə keçirilən sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq balı toplaya bilməyib. Bu şəxslərdən 872 nəfəri komissiyalara müraciət edib.

Komissiyalar sosial həssaslıq meyarlarına əsasən prioritetlik səviyyələrini müəyyənləşdirərək işlə təmin olunmaları üçün tədbirlər görür. Prosesin şəffaflığı və sosial ədalət prinsipləri əsasında aparılması üçün monitorinq və təhlillər yerli təhsil idarəetmə orqanlarının nəzarətindədir”.

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox