Elm və Təhsil Nazirliyinin yaydığı məlumata əsasən, iyunun 20-də ötən il test mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikasiyalaşdırma imtahanında ümumilikdə 3 338 müəllim iştirak edib.
AzEdu.az xəbər verir ki, 1 328 müəllim bu dəfə keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Bununla belə, 2 006 müəllim yenidən müvafiq keçid balını toplaya bilməyib. Təkrar sertifikasiya prosesinə dəvət olunsa da, 334 nəfər müəllim imtahanda iştirak etməyib və bu səbəbdən onlar da sertifikasiyadan keçməmiş hesab olunublar.
Bundan əlavə, 4 nəfərin nəticəsi imtahan qaydalarını pozduğuna görə ləğv edilib.
Beləliklə, 2344 müəllim təkrar sertifikasiyadan kəsilmiş hesab olunur.
Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçə bilməyən, iştirak etməyən və nəticəsi ləğv edilən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Xatırladaq ki, ötən il riyaziyyat və xarici dil (rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.), müəllimləri sertifikasiyaya cəlb olunub.