Azedu.az

Naxçıvanda sertifikasiyaya cəlb olunan müəllimlərin SAYI

Sertifikasiya

18 İyun 2025, 11:36
Naxçıvanda sertifikasiyaya cəlb olunan müəllimlərin SAYI

Xəbər verdiyimiz kimi, bu gün təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.

Bəs, görəsən, Naxçıvan Muxtar Respublikasında neçə müəllim sertifikasiyaya cəlb olunacaq?

Mövzu ilə bağlı AzEdu.az Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Bu gündən ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında  dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanıldı:

"Belə ki, bu prosesə ümumi olaraq 345 müəllim cəlb ediləcək. Bu gün isə 64 müəllim imtahan verəcəkdir. Onlar içərisində 57-si qadın, 7-si kişi müəllimidir. Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. 

Bugünkü test imtahanında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində çalışan 59 təhsilverən iştirak edib. Prosesin ilk günündə 92 % davamiyyət qeydə alınıb.

162608

 

Qeyd edək ki, sertifikatlaşdırmanın test imtahanı Naxçıvan Şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunub. 
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.

Eyni zamanda test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir".

162610162611162612162613162614162609

İran kütləvi dron hücumuna başlayıb - İsraildə panika
Son xəbərlərDaha çox