Azedu.az

Bu gün iki mindən çox müəllim sertifikasiya imtahanı verib

Sertifikasiya

Müəllimlər və elm adamları

18 İyun 2025, 12:52
Bu gün iki mindən çox müəllim sertifikasiya imtahanı verib

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ilk gündə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunublar. Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95% davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir

 

08:25

İyunun 18-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.

 

AzEdu.az xəbər verir ki, sertifikatlaşdırma prosesi iyunun 18-20, 24 və 25-i tarixlərini əhatə edir. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

 

İyunun 18-də riyaziyyat, xarici dil, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, iyunun 19-da coğrafiya, ibtidai sinif, iyunun 20-də ingilis dili, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, xarici dil, riyaziyyat, rus dili və ədəbiyyatı, iyunun 24-də biologiya, kimya, iyunun 25-də isə fizika və informatika fənlərini tədris edən müəllimlərin sertifikasiyası baş tutacaq.

 

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

 

Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən müəllimlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!
Son xəbərlərDaha çox