İyunun 6-da Bakı şəhəri 207 nömrəli tam orta məktəbin XI sinif şagirdləri məktəb rəhbərliyinin razılığı və rəqs müəllimlərinin iştirakı ilə təhsil müəssisinin həyətyanı sahəsində "Son zəng" tədbirinə hazırlıq məşqlərini edərkən gözətçi uşaqların məşqinə mane olub. Yayılan xəbərlərə görə onlar arasında qarşıdurma yaşanıb.
AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, buna görə şagirdlər ona öz iradlarını bildirib, nəticədə kiçik mübahisə yaranıb. Şagirdlər tərəfindən gözətçiyə qarşı heç bir təzyiq göstərilməyib.
“Məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlər, valideynlər və sinif rəhbərləri ilə görüş keçiriləcək, müvafiq söhbət aparılacaq, nəzarət tədbirləri gücləndiriləcək”, - deyə məktəbdən verilən açıqlamada qeyd olunub.