Azedu.az

“Tarixdə bu gün” - UNICEF-in əsası qoyulub

Rubrika

11 Dekabr 2024, 09:00
“Tarixdə bu gün” - UNICEF-in əsası qoyulub

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

11 dekabr harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

11 Dekabr Beynəlxalq Dağlar Günüdür:

 

BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq “Dağlar Günü” kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır.

 

“Dağlar Günü” hər il fərqli ad altında qeyd olunur.

 

11 dekabr 1946-cı ildə BMT-nin Uşaq Fondu – UNICEF-in əsası qoyulub:

 

BMT Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardandır. Azərbaycan 1995-1997-ci və 1998-2000-ci illərdə UNICEF-in icra heyətinin üzvü olub.

 

11 dekabr 1843-cü ilin 11 dekabr tarixindә vərəm və vәba epidemiyaları  ilə əlaqədar mikrobial tədqiqatlar aparan Robert Koç Almaniyada anadan olub:

 

Koç vərəmlə bağlı kəşflərə görə 1905-ci ildә tibb üzrə Nobel mükafatını layiq görülüb.

 

11 dekabr 1933-ci ildə görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Haqverdiyev vəfat edib:

 

O, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox