Bu gün Daun Sindromu Günüdür.
Daun sindromu ilə əlaqədar gün ilk dəfə 2006-cı ildə Cenevrə universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və Ümumdünya assosiasiyalarının təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.
Martın 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan Daun sindromunun rəmzi əlamətidir. Sindromdan əziyyət çəkənlərdə 21-ci xromosomun üç surəti mövcuddur. Ona görə də həmin gün tibbi təqvimin üçüncü ayın 21-ci günündə öz əksini tapıb.
AzEdu.az daun sindromundan əziyyət çəkən Nazlının təhsil uğrunda mübarəsindən bəhs edən videoreportajı yenidən təqdim edir: