Azedu.az

Missiyamız məzunları qlobal səviyyədə hazırlamaqdır - Rektor

Rektorlar

24 İyun 2025, 12:44
Missiyamız məzunları qlobal səviyyədə hazırlamaqdır - Rektor

Əsas missiyamız məzunları qlobal səviyyədə hazırlamaqdır.

AzEdu.az xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov ADA Universiteti və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, Qarabağ Universiteti həm yerli, həm də xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq edir:

"Universitetimizdə savadlı və peşəkar müəllim heyəti fəaliyyət göstərir. Xankəndidə yerləşən universitetimiz yenidən dirçəldilən bir torpaqda – Qarabağda fəaliyyət göstərir. Burada müstəqil Azərbaycanın gələcəyini quracaq gənclər yetişdirilir. Əsas strateji missiyamız odur ki, məzunları qlobal səviyyədə hazırlayaq".

Ş.Bayramov əlavə edib ki, universitetdə yalnız akademik deyil, sosial cəhətdən də tələbələrin rifahına önəm verilir.

SENSASİYA- İsrail İranla müharibəni uduzdu
Son xəbərlərDaha çox