Universitetlərdə təhsilin keyfiyyəti və ümumi idarəetmə əsasən rektorların təcrübə və biliklərindən asılıdır. Onların hansı sahədə təhsil aldıqları və neçə ildir bu vəzifədə çalışdıqları universitetin inkişafına təsir edən əsas amillərdəndir.
Bəs, Azərbaycanda fəaliyyət göstərən universitet rektorları kimlərdir? Onlar hansı sahədə təhsil alıb, neçə ildir rəhbərlik edirlər?
AzEdu.az bu suallara cavab tapmaq üçün araşdırma aparmağa davam edir.
Araşdırmamızda bu dəfə Gəncə Dövlət Univeristeti (GDU) var.
Bu ali təhsil müəssisəsinə hazırda Yusif Yusibov rəhbərlik edir.
Yusif Yusubov, 20 aprel 1951-ci ildə Samux rayonunun Qırmızı Samux kəndində anadan olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1976-cı illərdə SSRİ EA Üzvi kimya İnstitutunda aspiranturanı bitirmişdir.
1978-ci ildə SSRİ EA Üzvi kimya İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı ildə dosent elmi adı almışdır. 1993-cü ildə AMEA-nın Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1995-ci ildə professor elmi adı almışdır.
1973-1976-cı illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, aspirant, Moskva. 1976-1981-ci illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, kiçik elmi işçi, Moskva. 1981-1986-cı illərdə AKTİ, assistent, Gəncə. 1986-1995-ci illərdə AKTİ, dosent, Gəncə
1995-1996-cı illərdə AKTA, professor, Gəncə
1996-1997-ci illərdə AKTA, “Kimya” kafedrasının müdiri, Gəncə
1997-2011-ci illərdə BDU-da professor
2011-2014-cü illərdə GDU-da tədris işləri üzrə prorektor
2014- cü ildən Gəncə Dövlət Universitetində rektor kimi fəalliyət göstərir.
“Ümumi kimya”, “Qeyri-üzvi kimya”, “Fıziki-kimyəvi analiz”, “Qeyri-üzvi materialşünaslıq”, “Faza tarazlıqlarının termodinamikası” və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır.
200 elmi əsərin , o cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir. 2 elmlər namizədi yetişdirmişdir.
Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fıziki-kimyəvi tədqiqi ilə bağlıdır.
O, çoxkomponentli yarımkeçirici sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqi sahəsində sistemli tədqiqatların müəllifidir. 20 ildən artıq bir dövr ərzində mis, gümüş və tallium əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yanmkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafık parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.
50-dən artıq beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.
Əsərləri:
М.Б. Бабанлы, Ю.М.Шыхыев, Н.Б.Бабанлы, Ю.А.Юсибов. Фазовые равновесия в системе Ag-Bi-Te//Ж.неорг.химии, 2007, т.52, №3, с.487-493
Д.М. Бабанлы, Ю.А.Юсибов, М.Б. Бабанлы. Фазовая диаграмма и термодинамические свойства системы Tl-TlCl-Se.// Ж.неорг.химии, 2007, т.52, №3, с.819-826
Д.М.Бабанлы, Ю.А.Юсибов, М.Б. Бабанлы. Фазовые равновесия и термодинамические свойства системы Tl-TlBr-Se.// Ж.неорг.химии, 2007, т.52, №5, с.827-833.
Д.М.Бабанлы, М.И. Чирагов, Ю.А.Юсибов. Нестехиометрические теллурогалогениды таллия// Неорган. Материалы, 2008, е.44, №10, с.1196-1202
N.B.Babanly, Yu.A.Yusibov, Z.S.Aliyev, M.B.Babanly. Phase equilibria in the system Cu-Bi-Se and thermodynamic priperties of selenobismuthides of copper. //R.J.of Inorg. Chem №9, v.55, 2010, pp.165-176
Бабанлы Н.Б., Алиев З.С., Юсибов. Ю.А., Бабанлы М.Б. Термодинамическое системы Cu-Tl-S методом ЭДС с твердым элетролитом Cu4RbCl3I2. Электрохимия, 2010, т.46, №3, с.371-375
Kitabları:
M.B. Babanlı, Y.Ə.Yusibov, V.T. Abışov. «Elektrik hərəkət qüvvəsi üsulu mürəkkəb yarımkeçiriçi maddələrin termodinamikasında». Bakı, BDU nəşr., 1992, 323 s. (Monoqrafiya).
M.B. Babanlı, Y.Ə.Yusibov, V.T. Abışov. «Mis və gümüş əsasında üçkomponentli xalkogenidlər». Bakı, BDU nəşr., 1993, 342 s. (Monoqrafiya).
M.B. Babanlı, T.M.İlyaslı, F.M.Sadıqov, Y.Ə.Yusibov. «Fiziki-kimyəvi analizin əsasları». Bakı. BDU nəşr., 2002, 250 s. (Dərslik).
T.M.İlyaslı, Y.Ə.Yusibov, S.H. Məmmədova.« Fiziki-kimyəvi analiz praktikumu». Bakı. BDU nəşr., 2008, 330 s. (Dərs vəsaiti).
Ailəlidir, 4 övladı var. 2003-cü ildən YAP-ın üzvüdür.
11 ilddir ki, Gəncə Dövlət Universitetinə rəhbərlik edir.