Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək.
Yüksək bal toplayanların siyahısı üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Astara rayon Ərçivan qəsəbə Natiq Kərimov adına 3 saylı tam orta ümumtəhsil məktəbin məzunu Ağayev Əliəkbər Xanağa - 697 bal (IV qrup) toplayaraq ən yüksək nəticəni əldə edib.
Astara, Masallı və Lənkəran rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:
Lənkəran şəhəri xarici dillər təmayüllü internat tipli gimnaziyasının məzunu Həsənov Fizuli İlqar oğlu- 693 bal;
Masallı rayon Göyəçöl kənd tam orta ümumtəhsil məktəbinin məzunu Yaşiyar İsayev 685,5 bal;
Masallı rayon Həsənli kənd tam orta məktəbinin məzunu Zəhra Ramizli 684 bal;
Masallı rayon 3 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Fazil Zalıyev 682,6 bal;
Astara rayon Cəfər Cabbarlı adına Kakalos kənd tam orta ümumtəhsil məktəbinin məzunu Yusif Əhmədzadə 682 bal.