Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən lisey tipli ümumi təhsil müəssisələrinin VII siniflərinə şagird qəbulunu həyata keçirmək məqsədilə müsabiqə elan edir.
İdarədən AzEdu.az-a verilən məlumata görə, müsabiqə aşağıdakı ümumi təhsil müəssisələrini əhatə edir:
• Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey
• Xaçmaz rayonu Xudat şəhəri 4 nömrəli məktəb-lisey
• Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey
• Quba şəhəri Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-lisey
• Quba şəhəri Mehrab Niftəliyev adına texniki fənlər təmayüllü lisey
• Siyəzən şəhəri 6 nömrəli məktəb-lisey
Qeyd edək ki, imtahan prosesi mərkəzləşmiş qaydada, onlayn formada keçiriləcək. İmtahan sualları Azərbaycan dili, riyaziyyat və məntiq fənlərini əhatə edəcək.
Qeydiyyat mərhələsi başa çatdıqdan sonra imtahanın keçiriləcəyi tarix və məkan haqqında məlumat təqdim ediləcək.
İmtahana qeydiyyat üçün son tarix 20 iyul 2025-ci ildir.
Qeydiyyat linki: //forms.gle/ubkvM3UdUAss5x2a8