Azedu.az

Psixoloqdan XƏBƏRDARLIQ - “Stressli uşaqdan nəticə gözləmək olmaz”

Psixoloji xidmət

2 İyun 2025, 13:08
Psixoloqdan XƏBƏRDARLIQ - “Stressli uşaqdan nəticə gözləmək olmaz”

Son günlər qəbul imtahanlarının çətinliyi ilə bağlı sosial şəbəkələrdə müzakirələr artıb. Bəziləri imtahanın normal olduğunu, digərləri isə mövzuların çətin və vaxt aparan olduğunu bildirirlər.

 

Bu zaman valideynlər övladlarına təzyiq göstərərək "Müəllimlər deyir, imtahan asan olub" və ya "Qonşunun uşağı 30/30 yazıb", kimi müqayisələr aparırlar.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Aydan Məmmədova qeyd edib ki, abituriyentlərin imtahan zamanı stressli olması nəticəsində unutma halları yaşana bilər:

 

“Bu mövzu ilə bağlı ilk olaraq bunu qeyd etmək istəyirəm ki, hər kəs fərqlidir: şəxsiyyət, xarakter, davranış, düşüncə, duyğu, böyümə mühiti və s. İnsanın formalaşmasında önəmli olan faktorlar - genetika, sosial və psixoloji amillər bir-birindən fərqlənir.

 

Valideynlər bu cür təzyiqlər göstərirsə, uşaq da valideynə digər həmyaşıdlarının valideynləri kimi münasibət bəsləməlidirmi? Burada ən azından valideyn öz övladının potensialını bilməlidir.

 

Əgər bu məlumdursa, bu kimi hallar yaşanmaz. Bir sözlə, övladları olmasına baxmayaraq, əksər hallarda valideynlərin şəxsi həyatlarında baş verənlərdən özləri də xəbərsiz olur. İnsan depressiv hiss etdikdə motivasiyasını itirir. Burada əsas bilinməli olan odur ki, valideynlər övladlarını hər halda tanımalı və onlara ona uyğun münasibət bəsləməlidirlər. Sadəcə bir imtahan sualına görə övlad sevilmir və ya dəyərləndirilmir. Təbii ki, bu belə olmamalıdır.

 

Abituriyentlərin imtahan zamanı stress keçirməsi nəticəsində yaddaş pozuntuları baş verə bilər. Çünki stress zamanı beyində kortizol hormonu artır. Bu hormon yaddaşla bağlı olan hipokampusa təsir edərək informasiyanın saxlanmasını və xatırlanmasını çətinləşdirir. Valideynlər bəzən unudurlar ki, biz hər zaman stressli olduğumuz halda belə sağlam düşünə bilirikmi?”.

 

Psixoloq bildirib ki, abituriyentlərin bu cür yanaşması başa düşüləndir. Amma müəyyən zaman keçdikdən sonra onlar anlayacaqlar ki, imtahan prosesi və bu yaş dövründə yaşanan stress, həyəcan və gərginlik həmin vaxt üçün sadəcə müvəqqəti və keçici hisslərdir.

 

Psixoloq valideynlərə bir sıra tövsiyələr də verib:

 

“Əziz valideynlər, siz müəyyən yaş dövrlərindən keçmisiniz. Yanlışlarınız və doğrularınızla dünyagörüşünüz, təcrübəniz sizi şəxsiyyət kimi formalaşdırıb. Hər zaman hər bir hadisəni idarə edə bilmərik. Bəzən bəzi hadisələr - doğru və ya yanlış, yaxşı və ya pis baş verməlidir. Əks halda necə sağlam qərarlar verə bilərik?”.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox