2025/2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə müraciət müddəti uzadılıb.
AzEdu.az xəbər verir ki, peşə təhsili müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən şəxslər 7 avqust tarixinə qədər //portal.edu.az elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müsabiqə elektron ərizələrin qəbulu və təqdim edilən məlumatların uyğunluğunun yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq. Ərizələri təsdiq olunan namizədlər 12 avqust 2025-ci il tarixində ixtisas, tədris metodikası və məntiq üzrə sualları əhatə edən test imtahanında iştirak edəcəklər. Vakant yerlərə yerləşdirmə namizədlərin elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı əsasında həyata keçiriləcək.