Çin alimlərinin apardığı eksperiment göstərib ki, Ay Yerdən əsən "küləyin" təsirindən paslanır.
AzEdu.az xəbər verir ki, Makao Elm və Texnologiya Universitetinin bununla bağlı tədqiqatı "Geophysical Research Letters" jurnalında dərc olunub.
Məlum olub ki, Yerdən Aya daşınan oksigen hissəcikləri Ay mineralları ilə reaksiyaya girərək onları hematitə - yəni pas kimi tanınan maddəyə çevirə bilir.
Alimlərin izahına görə, həm Yer, həm də Ay günün böyük hissəsində Günəşdən gələn yüklü hissəciklərin axınına məruz qalırlar. Lakin hər ay təxminən beş gün ərzində - bədirlənmiş Ay zamanı - Yer Günəşlə Ay arasında yerləşərək bu axının böyük hissəsini bloklayır. Bu müddətdə Ay, Yer atmosferindən kosmosa çıxan hissəciklərin təsiri altına düşür.
Bu "Yer küləyi" adlandırılan axında hidrogen, oksigen və azotun ionları mövcuddur. Onlar Ay torpağının səth qatına daxil olaraq kimyəvi reaksiyalar törədir.