Azedu.az

"İkinci Yer" planetinin yaşayış üçün uyğunluğu yoxlanıldı

Xəbərlər

15 Avqust 2025, 08:42
"İkinci Yer" planetinin yaşayış üçün uyğunluğu yoxlanıldı

Avropa Kosmik Agentliyi 2017-ci ildə kəşf edildikdən dərhal sonra "ikinci Yer" adlandırılan "TRAPPIST-1d" ekzoplanetinin tədqiqatının nəticələrini dərc edib.

AzEdu.az rg.ru-ya istinadən xəbər verir ki, Ceyms Uebb Teleskopunun köməyi ilə aparılan yeni analiz bu planetin Yer atmosferinə bənzər atmosferə malik olmadığını göstərib.

"TRAPPIST-1" sistemi bizdən cəmi 40 işıq ili uzaqlıqda yerləşir. Nəzəri olaraq onun səthində maye su ola bilər. "TRAPPIST-1d" öz sistemində mərkəzi ulduzdan üçüncü ən uzaq planetdir. Ulduza olan məsafə Yerlə Günəş arasındakı məsafənin cəmi 2%-ni təşkil edir. "İkinci Yer" öz ulduzu ətrafında dörd günə fırlanır.

Tədqiqatçıların fikrincə, planetin atmosfer qatı son dərəcə nazikdir və Marsın atmosferinə bənzəyir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox