Azedu.az

Rusiyada məktəblərdə miqrant uşaqlar üçün yeni məhdudiyyət

Xəbərlər

13 Avqust 2025, 21:44
Rusiyada məktəblərdə miqrant uşaqlar üçün yeni məhdudiyyət

Rusiyalı deputatlar ölkə məktəblərində bir sinifdə bir nəfərdən artıq miqrant uşağın təhsil almasının qadağan olunmasını təklif ediblər.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya təhsil naziri Sergey Kravtsova ünvanlanan müraciətdə qeyd olunub.

Müraciətdə nazirdən təklifin məqsədəuyğunluğunu qiymətləndirməsi və dəstəklədiyi halda Təhsil Nazirliyinin müvafiq departamentlərinə qanunvericiliyə dəyişiklik layihəsinin hazırlanması tapşırığının verilməsi xahiş olunub.

Xatırladaq ki, Dövlət Dumasına həmçinin, Rusiyada miqrant uşaqların məktəblərdə pulsuz təhsil almasının qadağan edilməsini və yalnız ödənişli əsaslarla təhsil imkanının tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox