Azedu.az

Dövlət bağçalarında ödənişli xidmət göstərilə bilərmi? – RƏSMİ

Xəbərlər

13 Avqust 2025, 19:41
Dövlət bağçalarında ödənişli xidmət göstərilə bilərmi? – RƏSMİ

Bəzi dövlət məktəbəqədər təhsil müəssisələrində valideynlərə müəssisə daxilində əlavə dərnəklərin fəaliyyət göstərdiyinə dair məlumatlar verilir. Valideynlər iddia edirlər ki, övladlarını bu dərnəklərə qoymaları üçün müəssisə tərəfindən əlavə ödəniş edilməsi təklif olunur.

Bəs dövlət məktəbəqədər təhsil müəssisələrində ödənişli formada belə dərnəklərin təşkilinə icazə varmı?

AzEdu.az-ın məlumatına görə, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, məktəbəqədər təhsilin əsas məqsədi uşaqların erkən yaş dövrlərində idrak, fiziki və yaradıcı potensiallarının inkişafı, mədəni səviyyələrinin yüksəlməsi, psixoloji dayanıqlıqlarının gücləndirilməsi, estetik tərbiyələrinin təşkili və sadə əmək vərdişlərinə yiyələnməsi üçün imkanların yaradılmasıdır. Bu dövr həmçinin uşaqların ətraf aləmə və şəxsi sağlamlığa qarşı şüurlu və həssas münasibətinin formalaşmasına, həyati bacarıqları qazanmasına və şəxsiyyətlərinin ilkin inkişafına zəmin yaradır. Məktəbəqədər təhsil müəssisələrində uşaqlara təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət etmək, estetik dünyagörüşü, nitq, təsvir və tərtibat bacarıqları, sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək məsələləri öyrədilir.

Məktəbəqədər təhsil müəssisələrində təhsil dövlət standartlarına əsaslanan kurikulum əsasında tərtib edilir və təşkil olunur. Məktəbəqədər təhsil müəssisələrində valideynlərin istəkləri nəzərə alınaraq müxtəlif dərnəklər təşkil etmək olar ki, bu dərnəkdə xarici dil öyrədilə bilər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox