Azedu.az

Kerala məktəblərində “help box” sistemi tətbiq ediləcək

Xəbərlər

13 Avqust 2025, 16:22
Kerala məktəblərində “help box” sistemi tətbiq ediləcək

Hindistanın Kerala ştatında uşaq zorakılığının qarşısını almaq məqsədilə məktəblərə “Suraksha Mitram” adlı yardım qutuları yerləşdiriləcək.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə,  bu qutular vasitəsilə uşaqlar həyatlarında qarşılaşdıqları problemləri və ya zorakılıq hallarını gizli şəkildə məktəb rəhbərliyinə çatdıra biləcəklər.

Layihə çərçivəsində müəllimlərə uşaq davranışlarındakı dəyişiklikləri tanımaq və onları diqqətlə dinləmək üzrə xüsusi təlimlər keçiriləcək. Məqsəd uşaqları zorakılıqdan qorumaq, həmçinin məsləhət və tibbi yardım xidmətlərini gücləndirməkdir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox