2025/2026-cı tədris ili üçün III, IV, V kurs bakalavriat və magistratura səviyyəsinin SABAH qrupları tələbələrinin yataqxana qeydiyyatı açıq elan olunur.
AzEdu.az xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, Azərbaycan Respublikasının digər bölgələrində qeydiyyatda olan SABAH qruplarının tələbələri “SABAH qruplarında təhsil alan tələbələrin yataqxanada yerləşdirilməsi və xaric edilməsinə dair QAYDALAR”-a müvafiq olaraq yataqxanada yaşayışla təmin olunmaq istəyən təyin olunmuş meyarlardan ən azı birinə uyğun gəldiyi təqdirdə müraciət edə bilərlər.
Ətraflı məlumatı linkə (//shorturl.at/26AoK) daxil olaraq "Elanlar" bölməsindən əldə edə bilərsiniz.